EN

Hakerlər Cənubi Koreya hərbçilərini hədəfə aldılar

Şimali Koreya ilə əlaqəli olduğu iddia edilən bir haker qrupunun, aralarında bir müdafiə qurumunun da olduğu Cənubi Koreya təşkilatlarına süni intellektdən istifadə edərək kiberhücum təşkil etdiyi irəli sürülüb.

"Cebheinfo.az" xəbər verir ki, “Yonhap”-ın Cənubi Koreyanın Genians Təhlükəsizlik Mərkəzinin (GSC) hesabatına əsaslanaraq verdiyi xəbərə görə, Şimali Koreya hökuməti tərəfindən dəstəkləndiyi iddia edilən “Kimsuki” adlı haker qrupu iyul ayında bəzi Cənubi Koreya qurumlarına kiberhücumlar həyata keçirib.

Bildirilir ki, hakerlər hərbi vəzifəlilərə kimliklə bağlı yazışmalar formasında görünən və zərərli kodlar ehtiva edən e-poçtlar göndəriblər. Bu prosesdə istifadə olunan şəxsiyyət vəsiqəsi təsvirlərinin süni intellekt modeli vasitəsilə hazırlandığı qeyd olunub.

Mənbədə o da vurğulanır ki, süni intellekt platformaları hərbi kimlik vəsiqələrinin surətlərini yaratmaq tələblərini rədd etsələr də, hakerlərin həmin məhdudiyyətləri aşmağı bacardıqları bildirilib. Bundan əlavə, Şimali Koreyanın mürəkkəb və zərərli fəaliyyətlər üçün süni intellekt xidmətlərindən istifadə cəhdlərinin artdığı iddiasına da yer verilib.

Chosen
20
cebheinfo.az

1Sources