EN

Hakan Fidan Qətərin Baş naziri ilə görüşüb

Türkiyənin xarici işlər naziri Hakan Fidan Dohada Qətərin Baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman Əl Tani ilə görüşüb.

Missiya.Az xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Bildirilib ki, Fidan İslam Əməkdaşlıq Təşkilatının Fövqəladə Birgə Zirvə Toplantısı və Ərəb Liqası Xarici İşlər Nazirləri Toplantısında iştirak etmək üçün Dohada səfərdədir.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da bu gün Qətərə səfər edib.

 

Daşqın HəsənovMissiya.Az

Chosen
38
missiya.az

1Sources