“Kəpəz” müstəqillik dövründə 1000-ci rəsmi oyununu keçirib.
"Football-plus.az" xəbər verir ki, bu barədə PFL-in mətbuat xidməti məlumat yayıb.Komanda ötən gün Misli premyer-liqasının 4-cü turunda "Araz-Naxçıvan"la qarşılaşıb. Bu da klub üçün əlamətdar olub.
Gəncə təmsilçisi Azərbaycanmiqyaslı yarışların keçirilməyə başladığı 1992-ci ildən indiyədək premyer-liqada (əvvəlki güclülər dəstəsi) 686, 1-ci liqada (əvvəllər birinci divizion) 177, ölkə kubokunda 110, avrokuboklarda 14, Birlik kubokunda 13 qarşılaşmaya çıxıb.