EN

Kaset bombalarında ölənlərin sayı artıb

2024-cü ildə kaset sursatları dünya üzrə 314 nəfəri yaralayıb və ya öldürüb, onlardan 208-i Ukraynadadır.

Herbiand.az xəbər verir ki, beynəlxalq insan haqları təşkilatı Human Rights Watch (HRW) tərəfindən sentyabrın 15-də dərc olunan hesabata əsasən, ekspertlər eyni zamanda kaset bombalarının qurbanlarının daha çox olduğunu güman edirlər.

Təkcə Ukraynada ötən il kaset bombasının istifadəsi ilə bağlı 40-a yaxın hadisə baş verib, ondan sonra heç bir itki qeydə alınmayıb. Rusiya Federasiyasının Ukraynaya qarşı genişmiqyaslı müharibəsi başlayandan bəri bu ölkədə kaset bombalarından istifadə nəticəsində 1200-dən çox insan yaralanıb.

Hesabatda həmçinin qeyd olunur ki, Ukrayna qoşunları da Rusiyada kassetli sursatlardan istifadə etmiş ola bilər. Bundan başqa, sənəddə Myanma və Suriyada bu növ silahdan istifadə hallarına diqqət yetirilir.

Chosen
29
herbiand.az

1Sources