EN

Qırğızıstanda əməliyyat: DTK rəisinin adından istifadə edərək rüşvət alanlar saxlanıldı

BAKI, 15 sentyabr. TELEQRAF

Qırğızıstanda daxili işlər orqanlarının əməkdaşları arasında korrupsiya hallarının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər zamanı Dövlət Təhlükəsizlik Komitəsinin sədri Kamçıbek Taşiyevin adı altında vətəndaşlardan 400 min ABŞ dolları alan bir qrup asayiş keşikçisi müəyyən edilib.

Teleqraf xəbər verir ki, bu barədə komitənin mətbuat mərkəzindən məlumat verilib.

Faktla bağlı Hərbi Prokurorluqda külli miqdarda rüşvət tələb etmə maddəsi ilə cinayət işi açılıb.

İyulun 24-də başlanmış cinayət işi çərçivəsində hədə-qorxu ilə tələb etmə və rüşvət almada iştirak etməkdə şübhəli bilinən bir şəxs də saxlanılıb.

Bundan əlavə, həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində bu cinayətdə DTK-nın keçmiş əməkdaşının da iştirakı müəyyən edilib. O, 130 min dollar rüşvət alarkən saxlanılıb və ona qarşı müvafiq ittihamlar irəli sürülüb.

Chosen
36
teleqraf.com

1Sources