EN

Bakıda Kodokan mütəxəssislərinin seminarları başa çatıb - FOTO

Bakıda Kodokan mütəxəssislərinin seminarları başa çatıb.

İdman.biz xəbər verir ki, dünyanın ən nüfuzlu cüdo məktəbinin tanınmış ustadları - 8-ci dan sahibləri Hirano Hiroyuki və Mikihiro Mukai rəhbərliyində keçirilən proqramı uğurla tamamlayan məşqçilərə beynəlxalq sertifikatlar təqdim olunub.

Səfər çərçivəsində yaponiyalı mütəxəssislər yerli cüdo klublarını da ziyarət ediblər. Sumqayıt Cüdo Təlim Mərkəzi, Biləcəri Cüdo Mərkəzi, Bakı şəhəri 13 nömrəli İOEUGİM, “Judo Club 2012” və “Turan” İdman Klubunda keçirilən görüşlərdə tachi-vaza və ne-vaza üzrə biliklərini bölüşərək çevirmələr üzərində praktik məşğələlər aparıblar.

Qeyd edək ki, təlimlərdə tomoe-nage variantları və osae-komi-vaza mövqelərinə keçidlərə xüsusi diqqət yetirilib.

İdman.biz

Chosen
35
2
idman.biz

3Sources