EN

Çin NATO-nun mümkün gömrük rüsumlarına qarşı sərt tədbir görəcəyini açıqladı

BAKI, 15 sentyabr. TELEQRAF

ABŞ-nin təzyiqi altında NATO ölkələri Rusiya nefti bəhanəsi ilə Çinə gömrük rüsumları tətbiq etməyə çalışarsa, Pekin sərt və qərarlı tədbirlər görəcək.

Teleqraf xəbər verir ki, bu barədəÇin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Cian bildirib.

O vurğulayıb ki, bütün ölkələrlə, o cümlədən Rusiyaya qarşı Çinin normal ticarət və enerji əməkdaşlığı qanunidir və heç bir ittiham doğurmur:

"Çin öz qanuni hüquqları və maraqları pozulduğu halda ölkənin suverenliyini, təhlükəsizliyini və maraqlarını qorumaq üçün müvafiq qarşı tədbirlər görəcək".

Chosen
9
teleqraf.com

1Sources