EN

Özbəkistan və Çin Əfqanıstandakı vəziyyəti müzakirə etdi

BAKI, 15 sentyabr. TELEQRAF

Özbəkistan Prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi İsmətulla Erqaşev Çin Xarici İşlər Nazirliyinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Yue Xiaoyun ilə danışıqlar aparıb.

Teleqraf xəbər verir ki, bu barədə Özbəkistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş zamanı regionda və dünyada baş verən hadisələrin sürətli inkişafı nəzərə alınmaqla Əfqanıstandakı mövcud vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər Əfqanıstandakı vəziyyətin tənzimlənməsi üzrə regional və beynəlxalq səylərin vəziyyətini, eləcə də Əfqanıstan istiqamətində qarşıdan gələn yüksək səviyyəli tədbirləri müzakirə ediblər.

Chosen
57
teleqraf.com

1Sources