Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) elektron sistemi çöküb.
Bu barədə News24.az-a vətəndaşlar məlumat veriblər.
Qeyd olunub ki, sistemin çökməsi nəticəsində xəstəxanalarda uzun növbələr yaranıb.
Xatırladaq ki, son zamanlarda xəstəxanalarda elektron sistemin çökməsi problemi tez-tez yaşanır.