EN

İlon Mask növbəti dəfə şokda: “Starlink” yenə çökdü

Milyarder iş adamı İlon Maska pis xəbərlə yeni həftəyə başlayıb. Belə ki, amerikalı milyarder iş adamı İlon Maska məxsus “Starlink” peyk internet sistemində gözlənilməz hadisə baş verib. 

Ölkə.az xəbər verir ki, sentyabrın 15-i səhər saatlarında “Starlink” kəsilməsi qeydə alınıb.

Ukrayna “Madyar” pilotsuz sistem qüvvələrinin komandanı Robert Brodinin verdiyi məlumata görə, cəbhədə peyk rabitə sistemində irimiqyaslı nasazlıq qeydə alınıb.

Ukrayna ordusunun hərəkətləri əlaqələndirmək və pilotsuz təyyarələrə nəzarət etmək üçün fəal şəkildə istifadə etdiyi xidmət bütün cəbhə xəttində müvəqqəti olaraq uğursuzluğa düçar olub. Fasilələrin səbəbləri ilə bağlı təfərrüatlar hələlik açıqlanmayıb.

"SpaceX"in "Starlink", xüsusilə ənənəvi infrastrukturun məhv edildiyi və ya əlçatmaz olduğu ərazilərdə Ukrayna Müdafiə Qüvvələri üçün əsas kommunikasiya elementi olaraq qalır.

“Strakink” şirkəti yaranmış vəziyyətlə bağlı açıqlama verərək bildirib ki, hazırda “Starlink” xidmət keyfiyyətində pisləşmə ilə üzləşirik. “Komandamız problemin səbəbini araşdırır", - şirkətin açıqlamasında deyilir.

Mürtəza

Chosen
30
1
olke.az

2Sources