
1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusu Bakı şəhərini erməni-bolşevik birləşmələrindən azad edərək Azərbaycan xalqına böyük zəfər yaşatdı. Osmanlı dövlətinin Nuru Paşanın komandanlığı ilə göndərdiyi bu ordu, Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtının azad olunmasında həlledici rol oynadı. Şəhərin azad olunması nəticəsində AXC hökuməti Gəncədən Bakıya köçdü və dövlətin siyasi, iqtisadi və mədəni həyatı yeni mərhələyə qədəm qoydu. Qafqaz İslam Ordusu azərbaycanlılarla çiyin-çiyinə vuruşaraq yüzlərlə şəhid verdi. Bu tarixi qələbə Türkiyə-Azərbaycan qardaşlığının ilk parlaq nümunələrindən biri kimi yadda qaldı.Ulusum.az
Diqqət Çəkənlər
Beşiktaş yay transfer pəncərəsində aktivliyi ilə seçilib
Nəsimidə narkotik əməliyyatı: 3 kuriyer saxlanıldı
Naxçıvanda yol-nəqliyyat hadisəsi baş verib