EN

“Karen Avanesyanın özbaşına olaraq gizlədilmiş silahın yerini bilməsi real görünmür”

"İlk növbədə bu təxribatların arxasında Rusiya və Ermənistan izləri görə bilərik. Çünki Karen Avanesyanın özbaşına olaraq meşədə gizlədilmiş silahın yerini bilməsi real görünmür”. 

Bunu Adalet.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev Xankəndidə təxribata cəhd edərkən saxlanılan Karen Avanesyan haqda danışarkən deyib. 

Eksertin sözlərinə görə, Xankəndidə Qarabağ Universitetinin tibb fakültəsinin tədris korpusunun və universitetin klinikasının açılışı günündə Prezidentin ərazidə olması ilə üst-üstdə düşən belə təxribatı təsadüfi hesab etmək olmaz:“Hesab edirəm ki, bu məsələni aidiyyatı hüquq-mühafizə orqanları diqqətə alır, araşdırılacaq. Karen Avanesyanın əlaqədə olduğu şəxslər, Xankəndidə yaşayan ermənilərin bu məsələ ilə bağlı əlaqələrinin olub-olmaması araşdırılandan sonra məsələyə hüquqi qiymət veriləcək. İstənilən halda Karen Anaseyanın törətdiyi cinayətdir. Hadisə zamanı bir nəfər polisimiz yaralanıb, Karen Avanesyanın özü də yaralıdı. Düşünürəm ki, yaxın zamanda bu barədə ictimaiyyətə daha geniş məlumat veriləcək. Böyük ehtimalla Karen Avanesyan bundan sonrakı ömrünü Azərbaycan həbsxanalarında keçirəcək”.

Vasif ƏLİHÜSEYN

Chosen
21
adalet.az

1Sources