2025-ci ilin yanvar-avqust aylarında Azərbaycanda 83 milyard 37,8 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1 faiz çox ümumi daxili məhsul istehsal olunub.
“APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu dövrdə qeyri neft-qaz sektoru üzrə ÜDM istehsalı 57 milyard 648.3 milyon manata bərabər olub.
Hesabat dövründə ÜDM-in strukturunda qeyri neft-qaz sektorunun payı 69.4% təşkil edib ki, bu da illik müqayisədə 3.8 faiz bəndi artım deməkdir.
Qeyd edək ki, ötən ilin yanvar-avqust aylarında ÜDM-in strukturunda qeyri neft-qaz sektorunun payı 65.6%-ə bərabər olub.
Xatırladaq ki, yenilənmiş proqnozlara əsasən, cari ilin sonuna ÜDM-in real artımı 3 faiz olmaqla nominal ifadədə 129,9 milyard manata, o cümlədən qeyri-neft ÜDM 93,5 milyard manata çatacağı gözlənilir.