EN

Əhliman Əmiraslanov: "Dərman vasitələri cəmiyyətimizi narahat edən məsələdir"

"Əhalinin sağlamlığının qorunması haqqında" qanunun yenilənməsinə ehtiyac var".

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov komitənin bugünkü iclasında deyib.

O qeyd edib ki, Səhiyyə Nazirliyi ilə birlikdə qanunun yenidən işlənməsi ilə əlaqədar iş aparılır:

"Buna baxmayaraq, demək olar biz bütün iclaslarda sözügedən qanuna istinad edirik".

"Dərman vasitələri cəmiyyətimizi narahat edən məsələdir. Dərmanların keyfiyyəti, əlçatanlığı, qiymətləri və s. məsələlər görüşlərdə qaldırılır. Eyni zamanda, sertifikatsız həkimlərin barəsində mediada kifayət qədər məlumatlar yayılıb. Bu sahədə Səhiyyə Nazirliyi işlər gördü, yerlərdə yoxlamalar apardı. Artıq bu və ya digər ixtisasa yiyələnməyin yeganə yolu rezidenturadan keçmək olacaq. Hesab edirəm ki, bizim qəbul etdiyimiz ən vacib qanunlardan biri sertifkatlaşdırma ilə bağlı qanunlara dəyişiklik idi. Mövcud sertifikasiya qaydalarına alternativ olan digər qaydaların da qəbul olunması mühüm məsələ idi. Bu, estetik əməliyyatlar sahəsində ölkəmizdə olan xoşagəlməz hadisələrin qarşısını alacaq", - deyə komitə sədri bildirib.

Chosen
22
1
far.az

2Sources