
Almaniya Talibanla deportasiya danışıqlarını davam etdirirAlmaniyanın daxili işlər naziri Aleksandr Dobrindt cinayət törətmiş Əfqanıstan vətəndaşlarının ölkədən deportasiyası ilə bağlı Talibanla danışıqların davam etdiyini təsdiqləyib. O bildirib ki, bu məqsədlə Daxili İşlər Nazirliyi Əfqanıstan nümayəndələri ilə texniki əlaqələri saxlayır. Gələcəkdə bu əlaqələr sayəsində cinayət törətmiş şəxslərin Əfqanıstana müntəzəm şəkildə geri göndərilməsi planlaşdırılır. Nazir əlavə edib ki, deportasiyaları Almaniya özü həyata keçirməyi nəzərdən keçirir. Xarici işlər naziri Yohan Vadeful isə qeyd edib ki, danışıqlar əsasən Qətərin paytaxtı Dohada aparılır və Kabildə görüşlərə ehtiyac duyulmur.R.DaşdamirovaUlusum.az
Diqqət Çəkənlər
Beşiktaş yay transfer pəncərəsində aktivliyi ilə seçilib
Nəsimidə narkotik əməliyyatı: 3 kuriyer saxlanıldı
Naxçıvanda yol-nəqliyyat hadisəsi baş verib