Masazırda elektrik cərəyanı vurması nəticəsində şəxsin ölməsi faktı araşdırılır.
KONKRET.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Sentyabrın 14-də Masazır qəsəbəsində fərdi yaşayış evinin həyətində iş görən zaman elektrik cərəyanı vurması nəticəsində 1968-ci il təvəllüdlü Davud Cavadovun vəfat etməsi faktı ilə bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır.