EN

Təyyarə qəzası: Ölənlər var

Almaniyanın Reynland-Pfalts əyalətinin Fliem şəhəri yaxınlığında təyyarə qəzası baş verib.

Publika.az xəbər verir ki, “Wittlich” Polis Departamentinin məlumatına görə, kiçik təyyarə dünən axşam dağlıq Eyfel bölgəsində qəzaya uğrayıb.

Qəza nəticəsində təyyarədə olan hər iki nəfər həlak olub.

Qeyd olunub ki, qəzanın səbəblərinin və ölənlərin şəxsiyyətlərinin müəyyən edilməsi üçün araşdırmalara başlanılıb.

Chosen
27
1
publika.az

2Sources