EN

Ermənistanda Ağrıdağın pasportlardakı möhürlərdən çıxarılmasının səbəbi açıqlanıb

Ermənistan hökuməti sərhədi keçərkən pasportlardakı möhürlərdən Ağrıdağın təsvirini qonşu ölkələrə təhlükəli mesajlar göndərməmək üçün çıxarmağa qərar verib.

“İki sahil” Ermənistan KİV-inə istinadla xəbər verir ki, bunu ölkənin hakim "Vətəndaş müqaviləsi" partiyasının katibi Artur Ovannisyan bildirib.

O, bu qərarda heç bir qəsdin olmadığını təsdiq edib.

Dağın təsvirinin Ermənistanın dövlət gerbindən çıxarılması məsələsinə toxunan A.Ovannisyan qeyd edib ki, hələlik belə müzakirələr aparılmır.

Daha əvvəl bildirilmişdi ki, noyabrın 1-dən etibarən Ermənistana giriş-çıxış zamanı Ağrıdağ artıq sərhəd möhüründə təsvir olunmayacaq.

Chosen
28
3
ikisahil.az

4Sources