“Starlink” peyk internet xidmətində fasilə yaranıb.
KONKRET.az xəbər verir ki, bu barədə şirkət özünün saytında məlumat dərc edib.
Kəsinti səbəbilə 43 mindən çox istifadəçi internetsiz qalıb.
Xidmətdə fasilələr Ukraynada , ABŞ, İtaliya, Polşa və digər ölkələrdə də müşahidə olunub. Bu, son ayların ən böyük fasilələrindən biri hesab olunur. Hesabata görə, şikayət edənlərin 60%-i internet sürəti və funksionallığı ilə bağlı problemlər, 39%-i rabitənin tam kəsilməsi, 1%-i isə şəbəkəyə qoşulmaqda çətinlik çəkdiyini bildirib.
Starlink rəsmi saytında yayımlanan açıqlamada fasiləni təsdiqləyib. Bildirilib ki, hazırda nasazlığın aradan qaldırılması istiqamətində işlər gedir.