EN

AYNA Formula 1 ə görə bu ərazilərin sakinlərini marşrutsuz QOYDU

ain.az, Redaktor.az portalına istinadən məlumat yayır.

Bakıda keçirilən Formula 1 yarışları ilə əlaqədar şəhərin mərkəzi və trasın yaxınlığında yerləşən bir sıra yaşayış massivlərinə avtobus marşrutları ayrılmayıb.

Redaktor.az xəbər verir ki, söhbət Səbail rayonunun Yeni Salyan yolu küçəsi boyu yerləşən “6-cı sahə” yaşayış massivi, "Kristal Abşeron" yaşayış kompleksi, ARDNŞ-in işçiləri üşün tikilmiş yaşayış binaları, Şəhid və qazi ailələrinin binası, "Jurnalist binaları" və Bakı Ali Neft Məktəbindən gedir gedir.

Sakinlər bildirirlər ki, bu ərazilərdə ictimai nəqliyyatın olmaması səbəbindən sakinlər bu gün yolda qalıb.

Qeyd edək ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) "Azneft" dairəsi yaxınlığından, yəni Bakı İdman Sarayının qarşısından Bayıl, "20-ci sahə" və Bibiheybət qəsəbəsi istiqamətinə 5 və 6 nömrəli avtobusları ayırıb. Bu avtobuslar isə yuxarıda qeyd etdiyimiz küçədən - Yeni Salyan yolundan keçmir. Bu səbəbdən minlərlə sakin marşrutsuz qalıb. 

AYNA-nın mətbuat katibi Tural Orucov isə sorğumuza cavab olaraq bir neçə gün öncə KİV-də dərc olunan press-relizi göndərdi və iddia etdi ki, həmin əraziyə avtobus ayrılıb. Həmin məlumatdan isə görünür ki, AYNA bəhs etdiyimiz əraziyə avtobus ayırmayıb. Bu isə o deməkdir ki, AYNA “6-cı sahə” yaşayış massivi, "Kristal Abşeron" yaşayış kompleksi, ARDNŞ-in işçiləri üşün tikilmiş yaşayış binalarının, Şəhid və qazi ailələrinin binasının, "Jurnalist binaları"nın sakinlərini ələ salır.

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
3
1
redaktor.az

2Sources