EN

Fermerlərə verilən güzəştli kreditlərin məbləği kəskin artıb

Bu ilin yanvar-iyul ayları ərzində Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən 6255 kənd təsərrüfatı texnikasının satışı maliyyələşdirilib.

Aqrar Tədqiqatlar Mərkəzinin hesabatına görə, cari ilin ilk yeddi ayında aqrar sektorda fəaliyyət göstərən 3457 müraciət üzrə 66,6 milyon manat məbləğində kredit verilib. 2024-cü ilin müvafiq dövrünün göstəricilərinə nisbətdə kredit alanların sayı 37,1 faiz, kredit məbləği isə 43,5 faiz artıb.

Kredit məbləğinin təyinatı üzrə bölgüsü:

- texnika və avadanlıq təyinatlı kreditlər - 50,2 milyon manat (+36 faiz),

- güzəştli kreditlər – 6,1 milyon manat (+12,7 dəfə),

- mikrokreditlər - 10,3 milyon (+14,4 faiz).

Chosen
12
1
vergiler.az

2Sources