EN

Bakıda arvadına davamlı olaraq əzab verən şəxslə bağlı qərar ləğv edildi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Ali Məhkəmədə əzab vermədə təqsirləndirilən A.Cəfərovun barəsindəki qərardan dövlət ittihamçısı tərəfindən verilən kassasiya protesti üzrə məhkəmə iclası başa çatıb.
Oxu.Az Pravda.az-a istinadla xəbər verir ki, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya protesti qismən təmin edilməyib, Bakı Apellyasiya Məhkəməsinin qərarı kassasiya protestinə münasibətdə ləğv olunub, cinayət işi apellyasiya instansiyası məhkəməsində yenidən məhkəmə baxışına təyin edilib.
İttihama görə, A.Cəfərov arvadı, zərərçəkmiş L.Q.-yə (şərti) heç bir əsaslı səbəb olmadan mütəmadi mübahisə yaradıb fiziki ağrı və psixi iztirablar verib.
Belə ki, o, 16 aprel 2024-cü il tarixdə, saat 18 radələrində yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsindəki evdə preslənmiş ot satıb evə gətirdiyi pulun 100 manatını arvadı qəsdən götürüb gizlətməsini səbəb kimi göstərib. Sonra təqsirləndirilən şəxs evdə qadının qarın nahiyəsindən davamlı olaraq zorakı hərəkətlərlə təpiklə vuraraq ona xəsarət yetirib.
Daha sonra A.Cəfərov arvadının mobil telefon zənglərinə cavab vermədiyini səbəb kimi göstərib ailə-məişət zəminində təkrarən mübahisə yaradıb. O, davamlı olaraq zorakı hərəkətlərlə yaşadıqları evin həyətində qadının paltarlarını soyundurub səsini çıxartmaması üçün ağzına salaraq əllərini çarpaz vəziyyətdə həyətdəki toyuq hininin dəmir çəpərinə kəndirlə bağlayıb. Təqsirləndirilən şəxs L.Q-nin müqavimət göstərmək imkanını məhdudlaşdıraraq köməksiz vəziyyətə gətirməklə üzərinə davamlı olaraq su töküb isladıb. Sonra o, çox sayda yumruq zərbəsi ilə arvadına bədən xəsarətləri yetirib psixoloji iztirablar verib.
Hadisədən sonra A.Cəfərov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Xəzər Rayon Məhkəməsinin hökmü ilə ona şərti cəza verilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti və təqsirləndirilən şəxs apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, protest və şikayət təmin edilməyib.
Chosen
15
4
oxu.az

5Sources