EN

Şahzadə Harri öz açıq saçıq avtobioqrafiyasını müdafiə edir: Vicdanım təmizdir

Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Şahzadə Harri öz avtobioqrafiyasında açıq-saçıq danışdığı barədə ittihamları rədd edib və kitabda ailəsinin şəxsi məsələlərini yaymadığını bildirib.

Oxu.Az xəbər verir ki, bu barədə o, Ukraynaya səfəri zamanı britaniyalı jurnalistlərə açıqlamasında bəyan edib.

Şahzadə Harri bununla bağlı vicdanının təmiz olduğunu vurğulayıb.

"Düşünmürəm ki, mən ailəmizin daxili işlərini ortaya çıxarmışam. Kitab çətin bir mesaj idi, amma mən onu ən yaxşı şəkildə çatdırmağa çalışdım", - deyə Böyük Britaniya kral ailəsinin üzvü vurğulayıb.

Qeyd edək ki, Şahzadə Harri Ukraynada "Invictus" proqramı çərçivəsində döyüş əməliyyatları nəticəsində əlil olmuş Ukrayna Silahlı Qüvvələrinin əsgərləri üçün idman bərpa proqramını həyata keçirir.

Mediaya müsahibəsi zamanı Harri bildirib ki, səhnələşdirilmiş fotolara çəkilməyi və velosiped sürməyi sevmir, streslə mübarizə aparmaq üçün isə boksla məşğul olur.

Jurnalistlər qeyd ediblər ki, şahzadə atası, Kral III Çarlz haqqında nadir hallarda danışır və bu mövzunu şəxsi çərçivədə saxlayır.

Eyni zamanda, Harri Böyük Britaniyada daha çox vaxt keçirmək və valideyni ilə daha tez-tez əlaqə saxlamaq arzusunda olduğunu bildirib.

"Böyük Britaniyanı həmişə sevmişəm və həmişə sevməyə davam edəcəyəm", - deyə şahzadə vurğulayıb.

O, həmçinin qeyd edib ki, medianın yaratdığı obrazın əksinə, o, bədbəxt insan deyil və həyatından məmnundur.

Şahzadə Harrinin avtobioqrafiyası 2023-cü ildə nəşr olunub və Britaniyada "non-fiction" janrında ən sürətlə satılan kitab olub. Bioqrafiya, həmçinin qalmaqallı etiraflar - o cümlədən homoseksual təcrübələr və kral ailəsi üzvləri arasındakı münasibətlərin açıq şəkildə təsviri ilə diqqət çəkib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
14
oxu.az

1Sources