EN

Bakıda 30 yaşlı qadın ondan ayrılan sevgilisinə ŞOK YAŞATDI

Bakıda sevgilisi ilə ayrılan qız onun iş yerinə gedərək avtomobilinin şüşələrini sındırıb.

News24.az -ın əldə etdiyi məlumata görə, hadisə paytaxt ərazisində yerləşən dövlət qurumlarından birinin qarşısında baş verib. 

Həmin qurumda baş energetik vəzifəsində çalışan K.Atakişizadə ilə sevgili olmuş 1995-ci il təvəllüdlü Aysel Vahidova (şərti) həmin şəxsin ondan ayrılmasına əsəbiləşərək avtomobilə hücum edib.

Bundan başqa həmin qadının dəfələrlə intihara cəhd etməsi, K.Atakişizadənin fotolarını sosial şəbəkələrdə paylaşaraq üzərinə təhqiramiz sözlər yazması da bildirilib.

K.Atakişizadə məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edərək Ayselin işgüzar nüfuzuna xələl gətirdiyini deyib və onun cəzalandırılmasını istəyib.

Xüsusi ittiham qaydasında edilmiş şikayətə Ayselin qeydiyyatda olduğu ərazi üzrə, yəni, İmişli Rayon Məhkəməsində baxılıb. 

Məhkəmədə Aysel Vahidova bildirib ki, K.Atakişizadə özünü ona subay şəxs kimi tanıdıb: “O, məni subay olduğuna inandırmışdı və aramızda sevgi münasibəti yaranmışdı. Bir müddət sonra dedi ki, ailəlidir, 2 övladı var və ayrılmaq istəyir. Buna əəbiləşərək onun maşınının şüşələrini sındırmışam, intihara cəhdlər etmişəm. Lakin sosial şəbəkələrdəki təhqirləri mən yazmamışam”.

K.Atakişizadə isə Ayselin onun özü ilə yanaşı övladının da fotosunu paylaşaraq söydüyünü deyib. Lakin həmin profillərin kimə məxsus olmasını dqiqləşdirmək mümkün olmayıb.

Bu səbəbdən İmişli Rayon Məhkəməsi Ayelin xüsusi ittiham qaydasında cəzalandırılmasının mümkün olmaması qərarına gəlib və ona Cinayət Məcəlləsinin 148-ci (Təhqir) maddəsi üzrə bəraət verib.

Yaşar Araz


Chosen
71
1
news24.az

2Sources