EN

Azərbaycan millisinin üzvü komandasını dəyişdi

"Lənkəran" Azərbaycan millisinin daha bir basketbçusunu heyətinə qatıb.

Teleqraf xəbər verir ki, söhbət U-18 millimizin şərəfini qorumuş və hazırda U-20-nin üzvü olan Hüseyin Əsgərlidən gedir. 194 sm boya malik olan Əsgərli hücumçudur. O, bundan əvvəl ABL-də "Sərhədçi" və "Şəki" komandalarının formasını geyinib.

Qeyd edək ki, "Lənkəran" buna qədər Aydın İbrahimov, Azər Əzimov, Pərviz Mirzəyev, Raşed Dyso,Teron Montqomery, Nmeso Nnebedum və Akit Çoudhari transferlərini həyata keçirib.

Chosen
76
1
teleqraf.com

4Sources