Bakı. Trend:
Ötən ildə 1 ton neftin istehsal maya dəyəri 160,51 manat təşkiledib və keçən ilin müvafiq dövrü ilə müqayisədə 16,91 manat və ya11,8% artıb.
Bu barədə Trend Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR)2024-cü ilin hesabatına istinadən xəbər verir.
Məlumata görə, şirkət üzrə neft in hasilatına çəkilən cəmiistehsal xərclərinin tərkibində material xərclərinin xüsusi çəkisi3,1%, yanacaq xərcləri 0,3%, elektrik enerjisi xərcləri 0,8%, əməkhaqqı xərcləri 15,7%, sosial sığortaya ayırmalar 3,5%, əsasvəsaitlərin amorti zasiyası 20,4%, əsas vəsaitlərin təmiri vətexniki xidmət xərcləri 13,8%, nəqliyyat xərcləri 12,1%, mühafi zəxərcləri 2,5%, mədən vergisi 6,3%, digər vergilər 4,6%, digərxidmətlər üzrə xərclər 13,1%, digər xərclər isə 3,9% təşkiledir.
2023-cü ildə 1000 m3 qazın fakti ki istehsal maya dəyəri 80,25manat təşkil edib ki, bu da keçən illə müqayisədə 4,22 manat və ya5,5% artıb.
Şirkət üzrə qaz hasilatına çəkilən cəmi xərclərin tərkibindəmaterial xərclərinin xüsusi çəkisi 2,6%, yanacaq xərcləri 0,3%,elektrik enerjisi xərcləri 0,4%, əmək haqqı xərcləri 13,0%, sosialsığortaya ayırmalar 3,0%, əsas vəsaitlərin amorti zasiyası 17,0%,əsas vəsaitlərin təmiri və texniki xidmət xərcləri 13,4%, nəqliyyatxərcləri 13,1%, mühafizə xərcləri 2,3%, mədən vergisi 16,2%, digərvergilər 4,0%, digər xidmətlər üzrə xərclər 12,2%, digər xərclərisə 2,4% təşkil edir.
Qazın hasilatına, “Azərkontrakt” SC-dən alışına və idxalaçəkilən xərclərlə yanaşı, qazın emalı, saxlanması, nəqli vəpaylanması xərcləri də nəzərə alınmaqla 2024-cü ildə SOCAR üzrəsatı lan 1000 m3 qazın fakti ki xərci 176,82 manat təşkil edib.
Şirkət üzrə neftin və qazın maya dəyərləri artıb. Bildirilib ki,neftin maya dəyərinin artması keçən ilə nisbətən yanacaqxərclərinin, elektrik enerjisi xərclərinin, əmək haqqı və sosialsığorta xərclərinin, əsas vəsaitlərin amorti zasiya xərclərinin,nəqliyyat xərclərinin, digər vergilərin, digər xidmətlər üzrəxərclərin və digər xərclərin artması hesabına baş verib. Belə ki,yanacaq xərclərinin 108 min manat (4,0%), elektrik enerjisixərclərinin 886 min manat (12,6%), əmək haqqı xərclərinin 12185 minmanat (8,0%), sosial sığorta xərclərinin 2203 min manat (6,4%),əsas vəsaitlərin amorti zasiya xərclərinin 29419 min manat (15,9%),nəqliyyat xərcləri 15483 min manat (13,9%), digər vergilər 1419 minmanat (3,0%), digər xidmətlər üzrə xərclər 14548 min manat (11,8%)və digər xərclər 8752 min manat (27,2%) artıb.
Qazın maya dəyərinin artması əsasən keçən ilə nisbətən əmtəəlikqaz hasilatının azalması hesabına baş verib. Keçən ilə nisbətənəmtəəlik qaz hasilatı 700738 min m3 və ya 13,1% az olub.