EN

“İnsan kapitalı və təhsil” İşçi qrupunun növbəti iclası keçirilib

Sentyabrın 12-də Elm və Təhsil Nazirliyində “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın  "XXI əsrin tələblərinə uyğun təhsil" məqsədinə müvafiq olaraq “İnsan kapitalı və təhsil” İşçi qrupunun növbəti iclası təşkil olunub. 
 

AzEdu.az xəbər verir ki, iclasda təhsil istiqamətində son dövrlərdə həyata keçirilmiş tədbirlər, əldə olunmuş nəticələr və qarşıdakı dövr üçün planlar müzakirə edilib.
 

İşçi qrupunun rəhbəri, elm və təhsil nazirinin müavini Kənan Kərimzadə açılış nitqi ilə çıxış edərək Strategiyada nəzərdə tutulan tədbirlər üzrə ötən dövrdə əldə olunmuş nəticələr barədə ətraflı məlumat təqdim edib, yarımillik hesabatla bağlı nəzərə alınmalı məqamları qeyd edib.
 

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini Ramil Hüseyn çıxışında icraçı qurumlar tərəfindən həyata keçirilmiş işləri yüksək qiymətləndirərək hesabat ilinin sonunadək nəzərdə tutulan digər tədbirlərin icrasının təmin olunmasının və davamlı izlənilməsinin əhəmiyyətini vurğulayıb.
 

Daha sonra Mərkəzin Monitorinq və qiymətləndirmə şöbəsinin Səmərəliliyin qiymətləndirilməsi sektorunun müdiri Arzu Süleymanov görülmüş işlərə dair monitorinq hesabatını təqdim edib. O, hədəf indikatorları üzrə icra vəziyyəti, mövcud çətinliklər, təkliflər və gələcək planlar barədə iclas iştirakçılarını məlumatlandırıb.
 

Hesabatın təqdimatından sonra İşçi qrupunun üzvləri müzakirədə iştirak edib, rəy və təkliflər səsləndirilib və görülən işlərin effektivliyinin artırılması istiqamətində verilən tövsiyələrə uyğun olaraq növbəti addımlar müəyyənləşdirilib.

Chosen
14
2
azedu.az

3Sources