EN

SOCAR xam neftin maya dəyərini açıqladı 12 faiz artıb

Yeniavaz saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Ötən il 1 ton neftin istehsal maya dəyəri 160,51 manat təşkil edib və əvvəlki illə müqayisədə 16,91 manat və ya 11,8% artıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.

Qeyd olunub ki, şirkət üzrə neftin hasilatına çəkilən cəmi istehsal xərclərinin tərkibində material xərclərinin xüsusi çəkisi 3,1%, yanacaq xərcləri 0,3%, elektrik enerjisi xərcləri 0,8%, əməkhaqqı xərcləri 15,7%, sosial sığortaya ayırmalar 3,5%, əsas vəsaitlərin amortizasiyası 20,4%, əsas vəsaitlərin təmiri və texniki xidmət xərcləri 13,8%, nəqliyyat xərcləri 12,1%, mühafizə xərcləri 2,5%, mədən vergisi 6,3%, digər vergilər 4,6%, digər xidmətlər üzrə xərclər 13,1%, digər xərclər isə 3,9% təşkil edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
38
1
yeniavaz.com

10Sources