EN

Ermənistan azərbaycanlılara məxsus qəbiristanlıqları sistemli şəkildə dağıdıb - HESABAT

Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi “Ermənistanda azərbaycanlılara məxsus qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair” yeni hesabatını təqdim edib.

QHT.az xəbər verir ki, Mərkəzdən verilən məlumata görə, hesabatın hazırlanmasında əsas məqsəd indiki Ermənistan ərazisində azərbaycanlılara məxsus qəbiristanlıqların Ermənistan dövləti tərəfindən məqsədyönlü şəkildə dağıdılması və məhv edilməsi siyasətini sənədləşdirmək olub.

Hesabat iki əsas hissədən ibarətdir. Birinci hissədə tədqiqatın məqsədi, metodologiyası və mərhələləri Man olunur, istifadə edilən mənbələr təsnif edilir, metodoloji yanaşmalar şərh edilir. İkinci hissədə isə hesabatın hazırlanması üçün əsas rol oynayan materiallar, o cümlədən peyk görüntüləri, arxiv sənədləri, şahid ifadələri və foto-videomateriallar təqdim edilir.

Hesabat həmçinin Ermənistanda azərbaycanlıların maddi-mədəni irsinə qarşı törədilən vandalizm aktlarının tarixi dinamikasını təsvir edir, bu fəaliyyətin nəticələrinin hüquqi aspektlərini araşdırır və beynəlxalq hüquqa əsasən Ermənistanın məsuliyyət daşımalı olduğu müddəalarını irəli sürür.

Bu tədqiqat azərbaycanlıların tarixi-etnik torpaqlarında baş verən dağıntıların geniş miqyasını ortaya qoymaqla yanaşı, beynəlxalq təşkilatlar və dünya İctimaiyyətinin diqqətini bu məsələyə cəlb etmək məqsədi güdür. Hesabatın nəticələrinin, həmçinin gələcəkdə azərbaycanlıların maddi-mədəni irs nümunələrinin qorunmasına və onların ziyarət yerlərinə çevrilməsinə töhfə verəcəyi gözlənilir.

"Qərbi Azərbaycan irsi" seriyası çərçivəsində təqdim olunan bu hesabatda, məqsədli şəkildə məhv edilən qəbiristanlıqların sənədləşdirilməsi və təhlili ilk dəfə belə geniş miqyasda həyata keçirilmişdir

Chosen
16
qht.az

1Sources