EN

Ümumrespublika Təmizlik Marafonu çərçivəsində iməciliklər davam edir - FOTO

Ümumrespublika Təmizlik Marafonu çərçivəsində 12 sentyabr tarixində Ucar şəhəri A.Səhhət, Saatlı şəhəri K.Məmmədzadə, Tərtər şəhər Şah İsmayıl Xətai küçələrində, Masallı rayonu Təzə Alvadı, Qubadlı rayonu Qaralar kəndi ərazilərində, Oğuz rayonu Xaçmaz meşəbəyliyində, Naxçıvan MR Uzunoba su anbarının ətrafında təmizlik aksiyaları keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının, yerli icra hakimiyyəti orqanlarının, bələdiyyə nümayəndələrinin və gənclərin könüllülərin iştirakı ilə keçirilən aksiyalar çərçivəsində ərazilər ümumilikdə 2.3 tondan artıq tullantıdan təmizlənib.

Təmizlik aksiyalarının keçirilməsində məqsəd ətraf mühitin qorunması, ictimaiyyət arasında ekoloji şüurun artırılması, təbiətə qarşı məsuliyyətli davranışın təşviq olunması, eləcə də tullantıların düzgün idarə olunmasına diqqətin cəlb edilməsidir.

Ekologiya.az




Chosen
4
ekologiya.az

1Sources