Kanadanın Manitoba əyalətində kiçik təyyarə qəzaya uğrayıb.
Avtosfer.az TASS-a istinadən xəbər verir ki, qəza nəticəsində 4 nəfər ölüb, 1 nəfər yaralanıb.
Ağır xəsarətlər alan pilot xəstəxanaya çatdırılıb.
Hadisə Meykpis gölü yaxınlığında baş verib.
Təyyarənin qalıqlarını axtarmaq üçün helikopter cəlb olunub.
Qəza ilə bağlı araşdırma başladılıb.(E-huquq)