EN

Hadrutda qismən yararlı evlərin hamısı ilin sonunadək bərpa ediləcək - Leyla Sarabi

Hadrut. Trend:

Hadrut qəsəbəsində genişmiqyaslı abadlıq-quruculuq layihələriicra olunub və hazırda da bu istiqamətdə işlər davam etdirilir.

Trendxəbər verir ki, bu barədə Hadrut qəsəbəsinə təşkil olunmuş mediatur istirakçılarına Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa,Tikinti və İdarəetmə Xidmətinin mətbuat katibi Leyla Sarabi məlumatverib.

O, əlavə olaraq qeyd edib ki:

““Hadrut” qovşaq yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzi,yeni hərbi hissə, ümumi uzunluğu 12,5 kilometr olan Füzuli-Hadrutavtomobil yolu istifadəyə verilib, transformator məntəqəsi tikilib,mövcud elektrik xətləri bərpa olunub, 8 su anbarı təmir edilib,yeni su, kanalizasiya və qaz xətləri çəkilib, qəsəbədaxili yollardatəmir işləri aparılıb. Qəsəbədə zəruri sosial infrastruktur, ocümlədən hotel, ticarət və ictimai-iaşə obyektləri yaradılıb”.

Həmçinin bildirilib ki, Hadrut qəsəbəsində ümumilikdə 541 ev varki, onlardan da 462-si yararsız, 79-u isə qismən yararlıdır. Buevlərdən 10-u artıq istismara hazırdır. Qismən yararlı evlərinhamısı ilin sonunadək bərpa ediləcək.

Qeyd edək ki, hazırda 10 ailə, ümumilikdə 41 nəfər öz dədə-babayurdu Hadruta qayıdıb.

Chosen
14
7
az.trend.az

10Sources