BAKI, 13 sentyabr. TELEQRAF
Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) 2024-cü ildə 5803,4 min ton xam neft emal olunub.
Teleqraf Dövlət Neft Şirkətinin (SOCAR) 2024-cü ilin hesabatına istinadən xəbər verir ki, bundan 1248,5 min ton avtomobil benzini, 589,2 min tonunu reaktiv mühərrik yanacağı, 2060,6 min ton dizel yanacağı, 178,2 min ton maye qazlar, 265,0 min ton bitum, 12,2 min ton sürtkü yağları, 183,3 min ton koks və sair məhsullar istehsal edilib.
Beləliklə avtomobil benzinləri istehsalı proqnoza nisbətən 82,7 faiz, maye qaz 56,2, sürtkü yağları 43,6 faiz təşkil edib.
Hesabat ili ərzində həyata keçirilmiş tədbirlərin nəticəsində neft emalının dərinliyi 97,5% olub.
İl ərzində satılmış neft məhsullarının 89,1%-i daxili bazara yönəldilmiş, qalan 10,9%-i isə ixrac olunub.