EN

ABŞ-BRİCS münasibətlərində yeni soyuq müharibə riskləri

ABŞ Senatında səslənən Hindistan, Çin və Braziliyaya qarşı yeni sanksiya təşəbbüsləri qlobal güc balansında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər.

Bu yanaşma, əslində, Vaşinqtonun yalnız Rusiyanı hədəf alan məhdud tədbirlərdən imtina edərək, Rusiya ilə sıx iqtisadi əməkdaşlıq edən əsas BRİCS üzvlərinə də təzyiqi artırmaq niyyətini göstərir. Əgər bu sanksiyalar həyata keçərsə, BRİCS daxilində iqtisadi həmrəylik daha da möhkəmlənə, Qərb isə öz təsirini qorumaq üçün daha sərt bloklaşma siyasəti yürütməyə məcbur qala bilər.

Məsələ yalnız iqtisadi rıçaqların istifadəsi ilə məhdudlaşmır. ABŞ və BRİCS ölkələri arasında bu cür qarşıdurma qlobal ticarət şəbəkələrinə, enerji təhlükəsizliyinə və beynəlxalq maliyyə institutlarının fəaliyyətinə birbaşa təsir göstərə bilər. Digər tərəfdən, Avropa ölkələrinin də Rusiya enerji asılılığını tam dayandırmaqda tərəddüd etməsi Vaşinqtonun narazılığını gücləndirir və daha aqressiv siyasətə yol aça bilər.

Bütün bunlar göstərir ki, ABŞ ilə BRİCS arasında klassik mənada “soyuq müharibə”nin yaranma ehtimalı artır. Bu mübarizə hərbi deyil, əsasən iqtisadi, texnoloji və diplomatik müstəvidə aparılacaq. Nəticədə beynəlxalq münasibətlərdə yeni qütbləşmə mərhələsi başlaya, mövcud institutlar isə bu rəqabətin təsiri altında zəifləyə bilər.

Ruslan Zəngəzur

Chosen
24
bakivaxti.az

1Sources