EN

Paşinyan: Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan başqa variantı olmayıb

Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan başqa variantı olmayıb.

Xezerxeber.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Nikol Paşinyan bu gün "Kompleks təhlükəsizlik və dayanıqlılıq 2025" beynəlxalq konfransında bildirib.

"Mən Azərbaycanın ərazi bütövlüyünü Ermənistanın ərazi bütövlüyünü tanımaq üçün tanıdım. Başqa yol sadəcə yox idi", - o qeyd edib.

Baş nazirin sözlərinə görə, Ermənistanın təhlükəsizliyinin legitimliyi avqustun 8-i Vaşinqtonda paraflanmış sülh sazişi sayəsində daha da möhkəmlənib. 

Paşinyan həmçinin ordu və hərbi-siyasi ittifaqların ölkənin xarici təhlükəsizliyinin zəifliyinin azaldılmasında əsas vasitə olması barədə təsəvvürlərin səhv olduğunu etiraf edib: "Tarix bu formulanın işləmədiyini göstərdi-nə birinci, nə də ikinci halda. Üstəlik, birinci halda, hətta üç dəfə. KTMT Azərbaycanı Ermənistan kimi qardaş ölkə hesab etdiyini və Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirdi", – o qeyd edib.

O vurğulayıb ki, ən mühüm institutlardan biri olan və sonradan milli təhlükəsizlik strategiyasının əsasını təşkil edən legitimlik təhlükəsizliyin təmin edilməsinin əsas alətləri sırasından çıxarılıb: "2022-ci il oktyabrın 6-da Praqada son dərəcə vacib bir söhbət baş tutdu, burada biz Almatı Bəyannaməsinə əsaslandıq, orada dönüş nöqtəsi baş verdi. Ermənistan və Azərbaycan bu bəyannamə əsasında bir-birinin ərazi bütövlüyünü tanımağa hazır olduğunu bəyan etdi. Məhz bu an dönüş nöqtəsi oldu və İrəvanın bütün təhlükəsizlik strategiyasını yenidən nəzərdən keçirməsinə səbəb oldu".

Chosen
45
11
xezerxeber.az

10Sources