EN

“Şamaxı” üçün 56-cı darmadağın

“Şamaxı” futbol üzrə Azərbaycan çempionatlarının (Premyer Liqa) yüksək dəstəsində 56-cı dəfə böyük hesabla qələbə qazanıb.

Arena.az bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir.

Bölgə təmsilçisi buna Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümünün 4-cü turunda “Karvan”a 3:0 hesabı ilə qalib gəlməklə nail olub.

Bu, klub tarixinə indiki ad altında Premyer Liqadakı ilk böyükhesablı qələbə kimi düşüb. Komanda sonuncu dəfə “Keşlə” adlandığı vaxt üç və ya daha çox top fərqinə sevinib. 2022-ci il martın 12-də səfərdə “Səbail”ə 3 cavabsız qol vurmuş komanda təxminən bir ay sonra Şamaxıya köçüb.

Xatırladaq ki, klub əvvəllər “Xəzər Universiteti” və “İnter” adlarını da daşıyıb.

error: Məzmun qorunur!
Chosen
21
2
arena.az

10Sources