EN

Dünya çempionatının bayrağı Azərbaycana təqdim olundu

Yazını böyüt
Yazını kiçilt

Tailandın paytaxtı Bankokda keçirilən sumo üzrə dünya çempionatında yarışın rəsmi bayrağı Azərbaycana təqdim edilib.

Azərbaycan Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyasından hafta.az-a bildirilib ki, bayrağı ölkəmiz adından qurumun vitse-prezidenti Ülvi Ağamirov təhvil alıb.

Qeyd edək ki, gələn il sumo üzrə dünya çempionatı Bakıda keçiriləcək.

Chosen
57
7
hafta.az

6Sources