EN

"Windows 10"la çalışan cihazlarda bir aydan sonra problem yarana bilər

"Windows 10" əməliyyat sisteminin dəstəklənməsi bu il oktyabrın 14-də başa çatdırılacaq. Bu barədə "Microsoft" şirkəti rəsmi saytında istifadəçilər üçün məlumat yayıb.

Məlumatda bildirilir ki, həmin gün "Windows 10 2015 LTSB" və "Windows 10 IoT Enterprise LTSB 2015" sistemləri üçün genişləndirilmiş dəstək başa çatacaq. Sonrakı mərhələdə şirkət təhlükəsizlik yeniləmələrini, səhvləri aradan qaldırmağı və sistemin sabitliyi, yararlılığı ilə bağlı texniki yardımı da dayandıracaq.

Problemdən yayınmaq üçün istifadəçilər ya "Windows 11"ə keçməli, ya da "Windows 10"un istifadə müddətini ildə 30 dollar ödəməklə Genişləndirilmiş Təhlükəsizlik Yeniləmələri (ESU) proqramı ilə uzatmalıdırlar.

Ü.Qarayev
XQ

Chosen
20
1
xalqqazeti.az

2Sources