EN

Türkiyə XİN Azərbaycanı təbrik etdi

Türkiyə Xarici İşlər Nazirliyi Bakının erməni-bolşevik işğalından azad olunmasının 107-ci ildönümü münasibətilə Azərbaycanı təbrik edib.

Ölkə.az xəbər verir ki, bu barədə nazirliyin "X" hesabında paylaşım edilib.

"Bakının işğaldan azad edilməsinin 107-ci ildönümü münasibətilə azərbaycanlı qardaşlarımızı ən səmimi arzularımızla təbrik edirik. Müstəqillik uğrunda canını fəda edən bütün şəhidlərimizi rəhmət, minnət və ehtiramla yad edirik",- məlumatda qeyd edilib.

 

Chosen
48
38
olke.az

10Sources