EN

Müdafiə Nazirliyi partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır

Pirəkəşkül və Ağdərədə 15-19 sentyabr tarixlərində müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək.

 

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

 

İstismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək.

 

Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq.

Tarix: 15 Sentyabr 2025, 11:04   
Chosen
9
49
pravda.az

10Sources