EN

Qaraxanbəyli kəndinin layihələndirilən ərazisinin ümumi sahəsi 316 hektardır

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Füzuli rayonunun Qaraxanbəyli kəndinin layihələndirilən ərazisinin ümumi sahəsi 316 hektardır.
Oxu.Az xəbər verir ki, bunu "Report"un Füzuliyə ezam olunan əməkdaşına açıqlamasında Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin mətbuat katibi Leyla Sərabi deyib.
Onun sözlərinə görə, kənddə ilkin mərhələdə 1 479 fərdi evin inşası planlaşdırılır:
"Tikintinin ilk mərhələsində 87 hektar ərazi layihələndiriləcək. Eləcə də 404 fərdi ev tikiləcək. Evlər 2-3-5 otaqlı olacaq. Həmçinin 528 şagird yerlik məktəb, 120 yerlik uşaq bağçası və tibb məntəqəsinin inşası da planlaşdırılır".
Chosen
76
3
oxu.az

4Sources