EN

“McDonald’s Azərbaycan” şəhid ailələrindən olan birinci sinif şagirdlərini məktəb ləvazimatları ilə təmin etdi – FOTO

Yeni tədris ilinin başlanması ərəfəsində “McDonald’s Azərbaycan” Dövlət Sosial Müdafiə Fondu (DSMF) ilə birlikdə, ötən il olduğu kimi, 2025-ci ildə ilk dəfə məktəbə gedəcək şəhid övladlarını məktəb ləvazimatları ilə təmin edib.

Ölkə üzrə 170 birinci sinif şagirdinə tam dəst kargüzarlıq ləvazimatları və məktəb çantaları təqdim olunub.

Bütün dəstlər regionlara çatdırılaraq hər bir uşağın yeni dərs ilinə lazım olan məktəb ləvazimatlarının tam komplekti ilə başlaması təmin edilib.

Bakıda isə məktəb dəstlərinin təqdimatı Bilik Günü ərəfəsində “McDonald’s” restoranlarından birində keçirilib. Restoran əməkdaşları paytaxtda yaşayan şəhid övladlarına hədiyyələri təqdim edərək, onlar üçün tədris ilinin başlanğıcını daha da sevinc dolu ediblər.

Təşəbbüs “McDonald’s Azərbaycan” ilə Dövlət Sosial Müdafiə Fondu arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində həyata keçirilib.

Sənəd korporativ sosial məsuliyyət layihələrinin reallaşdırılmasına yönəlib və 44 günlük Vətən müharibəsi şəhid və veteranlarının övladlarını dəstəkləyən çoxsaylı birgə təşəbbüslərə əsas yaradıb.

mcdonalds mcdonaldsazərbaycan dsmf dövlət­sosialmüdafiəfondu şəhidövladı məktəbləvazimatları məktəbçantası birincisinif tədrisiləvazimatı regionlar bilikgünü sosialtəşəbbüs korporativsosialməsuliyyət vətənmüharibəsi veteran hədiyyə paytaxt
Chosen
28
2
marja.az

3Sources