Sentyabrın 14-ü axşam saatlarında Rusiya qoşunları Sumı rayonunun Boromlyan icmasının kəndinin kənarına raket zərbəsi endirib. Hücum nəticəsində məhsul yığan insanlar yaralanıb.
Moderator.az "TSN"-ə istinadla xəbər verir ki, bu barədə Sumı regional hərbi idarəsi məlumat yayıb.
Boromlyan icmasındakı kəndə hücum zamanı düşmənin hədəfi kənd təsərrüfatı texnikasının işlədiyi dinc tarla olub.
Məhsul yığan insanlar yaralanıb. Belə ki, 11 yaralı xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyəti ağırdır.
Həmçinin texnika zədələnib: traktorlar və kombaynlar.
S.Laçın