EN

Həmin erməninin bir il əvvəlki müsahibəsi: "Mən azərbaycanlıyam"

Xəbər verdiyimiz kimi, ötən gün Xankəndi şəhərinin erməniəsilli sakini, 1967-ci il təvəllüdlü Avanesyan Karen Albertoviç şəhərdə keçirilən tədbir yerində silahlı təxribat etmək istəyərkən saxlanılıb.

Publika.az xəbər verir ki, adıçəkilən şəxsin 2024-cü il martın 22-də Baku TV-yə müsahibə verdiyi məlum olub.

Belə ki, müsahibə zamanı özünü azərbaycanlı olaraq təqdim edən Albertoviç bu torpaqlardan getmək istəmədiyini də vurğulayıb.

"16 yaşımda Azərbaycan vətəndaşı oldum. Mən Ermənistan vətəndaşı deyiləm. 30 il əvvəl banda bura gəldi. Çox insanlar qaçqın oldu. Mən Azərbaycan tarixini yaxşı bilirəm. Çünki azərbaycanlıyam”, – deyə o bildirmişdi.

Chosen
8
4
publika.az

10Sources