EN

Rəqəmsal dövrün təhlükəsi: Quru göz - bu əlamətlərə diqqət edin!

Gözlərdə yanma, qum hissi, qızartı və sulanma kimi şikayətləriniz varsa, bu, quru göz xəstəliyinin əlaməti ola bilər.


Pravda.az bildirir ki, xəstəliyin səbəbinin düzgün müəyyən edilməsi müalicədə əsas rol oynayır.
 

Quru göz ya gözyaşının az ifrazı, ya da buxarlanmanın artması nəticəsində yaranır. Uzun müddət ekran qarşısında qalmaq bu xəstəliyin yaranmasına yol açır.


Mütəxəssislər göz damcısının seçimində diqqətli olunmalı olduğunu, qoruyucu maddəsiz damcıların daha təhlükəsiz olduğunu qeyd edib. O, steroid tərkibli damcıların isə yalnız həkim nəzarətində istifadəsini tövsiyə edirlər.


Həyat tərzində dəyişikliklərin – telefon və kompüter istifadəsinin azaldılması, küləkli və kondisionerli mühitlərdən uzaq durmanın – quru göz şikayətlərini azaltmağa kömək etdiyi bildirilir.


Kəskinləşmə hallarında isə xəstənin öz qanından hazırlanan PRP damcıların müalicədə uğurlu nəticələr verdiyi açıqlanıb.


Əminə Bayramova 

Tarix: 15 Sentyabr 2025, 10:55   
Chosen
47
pravda.az

1Sources