Türkiyə Xarici İşlər Nazirliyi Bakının erməni-bolşevik işğalından azad olunmasının 107-ci ildönümü münasibətilə Azərbaycanı təbrik edib.
ONN media xəbər verir ki, bu barədə Nazirliyin "X" hesabında paylaşım edilib.
"Bakının işğaldan azad edilməsinin 107-ci ildönümü münasibətilə azərbaycanlı qardaşlarımızı ən səmimi arzularımızla təbrik edirik. Müstəqillik uğrunda canını fəda edən bütün şəhidlərimizi rəhmət, minnət və ehtiramla yad edirik",-məlumatda qeyd edilib.