Sabirabad rayonunda qətl hadisəsi baş verib.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə ötən gecə Sabirabad rayonunun Moranlı kəndində baş verib.
Moranlı kənd sakini, 1992-ci il təvəllüdlü Əliyev Əli həmkəndlisi 1983-cü il təvəllüdlü Əliyev Rüstəm Mehman oğlunu çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirdikdən sonra başını bədənindən ayırıb.
Əli Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb.
Sabirabad rayon prokurorluğundan bildirilib ki, sentyabrın 14-də saat 23 radələrində Sabirabad rayon sakini 1983-cü il təvəllüdlü Rüstəm Əliyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Faktla bağlı Sabirabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Əli Əliyev iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.