EN

Ağdamın Xıdırlı kəndində ilk zəng çalınıb - FOTOLAR

Ağdam rayon Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbdə ilk zəng çalınıb.

Operativ Media xəbər verir ki, məktəbin açılışı iyulun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə baş tutub.

528 yerlik tam orta məktəbin təməli 2024-cü ilin aprelində Azərbaycan və Qırğızıstan prezidentləri tərəfindən qoyulub.

Məktəbin binası 5 blokdan, o cümlədən idman zalı blokundan ibarətdir. Ərazisi 2,7 hektar olan məktəb binasında 21 sinif, 2 məktəbəqədər hazırlıq, 2 informatika, 2 texnologiya, 1 hərbi hazırlıq otaqları, 3 laboratoriya, kitabxana, idman və akt zalları, yeməkxana və digər sahələr yaradılıb.

Chosen
55
operativmedia.az

1Sources