EN

Komitə sədri: Qaraxanbəyli kəndi təxminən 6 min nəfərin məskunlaşması üçün nəzərdə tutulub

Komitə

Füzuli rayonunun Qaraxanbəyli kəndinin bu gün Dövlət Başçısı tərəfindən təməli qoyulub. Kəndin layihələndirilməsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nəzdində fəaliyyət göstərən Bakı Dövlət Layihə İnstitutu tərəfindən aparılıb.

1news.az xəbər verir ki, bununla bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev sosial şəbəkədə paylaşım edib.

"Layihəyə əsasən, kənddə fərdi evlər və aşağı mərtəbəli çoxmənzilli yaşayış binaları inşa ediləcək. Yeni yaşayış məntəqəsi ümumilikdə təxminən 6 min nəfərin məskunlaşması üçün nəzərdə tutulub" - paylaşımda qeyd olunub.

Chosen
42
1news.az

1Sources