Niderlandın Haaqa şəhərində dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin 140 illik yubileyi və Milli Musiqi Günü münasibətilə Azərbaycan musiqisinin incisi – "Leyli və Məcnun" operası nümayiş olunub.
Kulis.az xəbər verir ki, tədbir Azərbaycan-Niderland Odlar Yurdu Cəmiyyətinin təşkilatçılığı və Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutub.
Tədbirin bədii hissəsində, Niderland və Almaniyada yaşayan azərbaycanlı xanəndə və musiqiçilərin ifasında "Leyli və Məcnun" operasından seçilmiş parçalar təqdim olunub.
Qeyd edək ki, ifalar tamaşaçılar tərəfindən böyük maraq və alqışla qarşılanıb.